Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və Texnologiya - "TEKNOFEST” festivalının bu ölkədə keçirilməsi qərarını alqışlayıb.
"TEKNOFEST-2025” ŞKTC Prezidenti Administrasiyasının hamiliyi və Türkiyənin T3 Fondunun təşkilati dəstəyi ilə keçiriləcək.
Tatar festivalın ŞKTC-də təşkil edilməsi təşəbbüsünə görə "TEKNOFEST”in İdarə heyətinin sədri Selçuk Bayraktara minnətdarlığını bildirib.
Siyasətçi "TEKNOFEST”i texnologiyalar və müdafiə kompleksinin inkişafı üçün mühüm təkan adlandırıb.
Bu günlərdə Adanada keçirilmiş "TEKNOFEST-2024” festivalını 1,1 milyon Türkiyə sakini və ölkəyə gələn qonaqlar ziyarət ediblər.
Festivalın platformasında, həmçinin Azərbaycan şirkətlərinin işləri də nümayiş olunub, qaliblər sırasında isə ölkəmizi təmsil edən bir neçə gənclər komandası yer alıb.