RU

İsrail Hizbullah liderinin iki xələfini öldürüb 

İsrail Müdafiə Qüvvələri Hizbullahının öldürülən baş katibi Həsən Nəsrullahın varisini və varisinin varisini məhv edib. 

Yenisabah.az-ın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciəti zamanı deyib. 

“Biz minlərlə terrorçunu, o cümlədən Nəsrullahın özü, həmçinin Nəsrullahın varisi və varisinin varisini öldürdük. Bu gün Hizbullah heç vaxt olmadığı qədər zəifdir”, - o qeyd edib.  azal vakansiya

Benyamin Netanyahu Livan vətəndaşlarını “ölkələrini geri almağa” və müharibənin bitməsi üçün Hizbullah döyüşçülərindən azad etməyə çağırıb. “Siz fərqli Livana layiqsiniz. Bu terrorçuların gələcəyinizi məhv etməyə davam etməsinə imkan verməyin”, - deyə İsrailin baş naziri bildirib. 

Keçən həftə mətbuatda Nəsrullahın varisi, Hizbullahın yeni lideri adlandırılan Haşim Səfiəddinin ölüm xəbəri yayılıb. Oktyabrın 4-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutu vurmasından sonra Səfiəddinlə əlaqə kəsilib, lakin Hizbullah onun ölümünü təsdiqləməyib. İsrailin müdafiə naziri Yoav Qallant onun böyük ehtimalla öldüyünü bildirib. Netanyahu “varisin varisi” dedikdə konkret olaraq kimi nəzərdə tutduğunu açıqlamayıb. 

“Asharq Al-Awsat” nəşri yazır ki, müharibənin sonuna qədər Hizbullahın lideri olmayacaq və qərarlar kollektiv şəkildə qəbul ediləcək. 


Telegram kanalımız
Избранный
55
50
yenisabah.az

10Источники