Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirləri oktyabrın 14-də Lüksemburqda planlaşdırılan iclasda Moskvanın xaricdə sabitliyi pozan hərəkətlərinə yönəlmiş qadağanedici tədbirlər mexanizmi çərçivəsində Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər. Bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək səviyyəli nümayəndəsi bildirib.“Bildiyiniz kimi, oktyabrın 8-də yeni rejim təsdiqləndi. Biz gözləyirik ki, üzv ölkələr yeni rejim çərçivəsində siyahı (fiziki və hüquqi şəxslərin siyahısı - red.) təklif edəcəklər” - deyə o bildirib.Diplomatın sözlərinə görə, nazirlər Rusiyaya qarşı mövcud sanksiyalardan yayınma ilə mübarizə məsələsini də müzakirə edəcəklər. “Ola bilsin ki, sanksiyalardan yayınmağı çətinləşdirmək üçün sanksiyalar rejimi dəyişdirilsin” - deyə nümayəndə əlavə edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта