RU

Narahatlıq hissindən xilas olmaq üçün nələr edilməlidir?

"Təəssüf ki, günümüzdə insanların 90 faizində daimi narahatlıq hissinə rast gəlinir". 

Bu sözləri psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O, daimi narahatlıq hissi ilə bağlı bunları söyləyib:

"Kimdəsə gələcək qayğısı, bir başqasında isə keçmişin "kaş ki"ləri olur. Təbii ki, daimi narahatlıq hissi travmalardan, stressli həyat şəraiti və genetik faktorlardan da qaynaqlanır. Uzun müddətli davam edən narahatlıq hissi gündəlik işlərə fokuslana bilməmə, aqressivlik və təşviş-həyəcan pozuntusuna səbəb ola bilər". 

360257

Psixoloq bildirib ki, daimi narahatlıq hissinin bir neçə növü var:

"Birincisi, ümumi narahatlıqdır. Yəni bu şəxslər gündəlik həyatla bağlı həddindən artıq narahat olurlar. İkincisi, obsessiv kompulsiv pozuntudur. Bu zaman çox düşüncələrin nəticəsində davranışlardan narahatlıq müşahidə olunur. Üçüncüsü isə panika hücumlarıdır. Belə ki, qısa müddətdə baş verən güclü narahatlıq hissi, ürək döyüntüsü və nəfəs darlığı yaradır".

Zəhra Zahidova qeyd edib ki, düşüncə tərzi, neqativ düşüncələr, özünə inamsızlıq və stress də bu pozuntunu artırır:

"Daimi narahatlıq hissindən xilas olmaq üçün şəxs koqnitiv davranış terapiyası almalıdır. Eyni zamanda, fiziki aktivlik, meditasiya və yoqa ilə məşğul olmalı, habelə yuxu rejimin nizama salmalıdır. Lakin daimi narahatlıq hissindən uzun müddət əziyyət çəkirsinizsə, mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur".

Pərviz

Избранный
69
40
hit.az

10Источники