RU

Bu, Putinə Rusiyada səfərbərlikdən qaçmağa imkan verəcək..?

...Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı müharibəyə cəlb edilməsi Putinə Rusiyada səfərbərlikdən qaçmağa imkan verəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun hesabatında deyilir. Analitiklər ehtimal edirlər ki, Kreml çox güman ki, “Rusiya və Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında” sazişdən Rusiyanın əvəzedici qüvvəsini formalaşdırmaq və sərhəd təhlükəsizliyini təmin etmək üçün istifadə edəcək.

Xatırladaq ki, müqavilə iyun ayında Vladimir Putinin Pxenyana səfəri zamanı imzalanıb.

...Və Putin bunu 2024-cü il oktyabrın 14-də Dövlət Dumasına təqdim edib.

Deməli, Vladimir Zelenskinin daha əvvəl Şimali KoreyanınUkraynaya qarşı müharibədə iştirakı barədə danışması əsassız deyilmiş...

Qeyd edək ki, bundan əvvəl teleqram kanalları Pxenyanın 100 minə yaxın əsgərini Ukraynaya qarşı müharibəyə hazırladığı barədə məlumat yaymışdılar.

Amma maraqlıdır ki, Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bu məlumatları uydurma adlandırıb və əlavə edib ki, Şimali Koreya ordusunun zabitlərinin bir faizindən az hissəsi rus dilini bilir.

Kovalenkonun sözlərinə görə, Şimali Koreyadan hərbi qulluqçuların hərbi əməliyyatlara cəlb olunması imkanlarını təhlil edərkən bunu başa düşmək vacibdir.

...Bu arada qeyd edək ki, Sidneydəki Beynəlxalq İdarəetmə Kollecinin dekanı Leonid Petrov da “Present Time” telekanalının efirinə danışarkən Kovalenkonun sözlərinə qahmar çıxır.

Petrovun fikrincə, Şimali Koreya ordusu çətin ki, cəbhədə Rusiyaya köməkçi olsun və təbii ki, dil baryerinə görə.... Axı

hər bir Şimali Koreyalı hərbçi üçün tərcüməçi təmin etmək mümkün deyil.

...Amma buna baxmayaraq Leonid Petrov, Şimali Koreya hərbi qulluqçularının aqressivliyi, sağ qalma qabiliyyəti və hazırcavablığı ilə məşhur olduğunu da etiraf edib.

Onun dediyinə görə, Şimali Koreya əsgərləri çılpaq əllərlə də döyüşə bilir. Təbii ki, onların tankları və silahları var, lakin Sidneyli alim, Şimali Koreya əsgərlərinın ölkələrində yaşadıqları miskin həyata da diqqət çəkir.

...Petrov buna əsaslanaraq, əvvəllər öz ölkəsini tərk etmək imkanı olmayan, onun hüdudlarından kənarda baş verənləri doğru-dürüst eşitməyən, bilməyən əsgərlərin Rusiyada ya da onun hüdudlarından kənarda sığınacaq istəməyə cəhd edəcəklərini də istisna etmir.

...Kim Çen Inın repressiv rejimindən qaçan insanlar, bir dəfə cəbhə xəttində olduqdan sonra səngəri tərk etmək, təslim olmaq və ya Şimali Koreyada qoyub gəldikləri ailələrinin təqib olunacaqlarını gözə almadan belə, bu yerlərdə “itməyə” çalışacaqlar? Əslində bu onlar üçün elə də çətin olmayacaq.

...Ukraynalı hərbi ekspert Sergey Qrabski isə Şimali Koreya hərbçilərinin döyüş bölgəsində olduğuna şübhə etmir, lakin “xidmət heyəti və Rusiyanın Ukraynaya qarşı istifadə etdiyi raketlərin effektivliyini öyrənən personal kimi”.

O, bu barədə “Present Time” verilişində bildirib.

Maraqlıdır ki, ekspert onların Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak edəcəyinə şübhə edir.

Bununla belə, Qrabskinin sözlərinə görə, əgər Şimali Koreya hərbçiləri Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etsələr, o zaman onlar yalnız “top yemi” kimi iştirak edəcəklər.

Əli Babayev

Избранный
89
50
sia.az

10Источники