RU

Qvardiola ​"Mançester Siti"də qalmaq üçün şərtini açıqladı

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola kludakı karyerası ilə bağlı diqqətçəkən açıqlamalar verib. Metbuat.az xəbər verir ki, “Siti”də 9-cu mövsümünü keçirən ispaniyalı məşqçi gələcəyini dəyərləndirərkən İngiltərənin ab-havasına yumoristik işarə vurub. Qvardiola deyib: ““Mançester Siti”dəki gələcəyimi müəyyən edəcək amil havadır. İndi onun dəyişəcəyini gözləyirəm, dəyişdikdən sonra qərarımı verəcəm (gülür). Düzünü desəm, rəhbərlik mənə yeni müqavilə ilə bağlı təzyiq göstərmədi. Nə vaxtsa ayrılsam, əminəm ki, onlar məni əvəz edəcək birini düşünüblər”. “The Athletic”in məlumatına görə, Qvardiola daha bir il klubda qalmağı düşünür".

Qeyd edək ki, "Mançester Siti"nin baş məşqçisi kimi bu mövsüm Premyer Liqada 7 oyun keçirən Pep Qvardiola, 5 qələbə və 2 heç-heçə əldə edib.

Избранный
53
50
metbuat.az

10Источники