RU

Lənkəranda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 21-də Lənkəran rayonunda vətəndaşlarla görüşüb.

Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Görüş zamanı Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə din xadiminin təyinatı, dini icmanın dövlət qeydiyyatı, dini təhsil, məscidin dini ədəbiyyatla təmin olunması və digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Избранный
16
4
yeniazerbaycan.com

6Источники