RU

Albaniyanın keçmiş prezidenti korrupsiya ittihamı ilə saxlanıldı

Albaniyanın keçmiş Prezidenti İlir Meta Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğun göstərişi ilə paytaxt Tirana yaxınlığında saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Tanjug" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, keçmiş dövlət başçısı elan olunmuş mətbuat konfransına gedərkən saxlanılıb. Saxlanmanın səbəblərindən biri korrupsiya işi və əmlakı bəyan etməkdən imtinadır.

"İlir Metanın təqibi siyasi, siyasi və yalnız siyasi xarakter daşıyır. Heç bir fakt, bir dənə də olsun sənəd təqdim edilməyib, lakin onlar hər vasitə ilə İlir Metanı siyasi və bəlkə də fiziki cəhətdən aradan qaldırmağa cəhd edən Edi Ramanın (Albaniyanın baş naziri) göstərişlərini yerinə yetirirdilər. Edi Ramanın, əvvəllər də qeyd etdiyim kimi, insanların qeyri-qanuni şəkildə yoxa çıxmasında əli var", - Albaniyanın keçmiş Prezidenti Sali Berişa bildirib.

Xatırladaq ki, İlir Meta Albaniyanın baş naziri, xarici işlər naziri və parlamentin sədri vəzifələrində işləyib. 2017-2022-ci illərdə o, ölkə prezidenti olub.

Избранный
49
11
demokrat.az

10Источники