RU

Bütün ukraynalılara pul veriləcək

  Ukraynada yeni sosial proqram həyata keçiriləcək. Dekabrın 1-dən ölkənin hər bir sakininə min qriven ödəniləcək.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında dərc olunan müraciətində bildirib.

“Adam başına min qriven – bir ailə üçün bir neçə minə başa gələcək”, – deyə Zelenski qeyd edib.

Dövlət başçısının sözlərinə görə, bu pul “Ukrayna məhsul və xidmətlərinin, o cümlədən kommunal və elektrik enerjisinin ödənilməsinə xərclənə bilər”.

O qeyd edib ki, bu vəsait həm də qatar biletləri, Ukrayna dərmanları, Ukrayna dilində kitablar almaq üçün də istifadə olunacaq.  

Избранный
70
5
referans.az

10Источники