RU

"Boeing"in səhm satışlarında tarixi rekord: 21 milyard dollar...

"Boeing" şirkəti maliyyə sabitliyini təmin etmək və kredit reytinqinin azalmasının qarşısını almaq üçün genişləndirilmiş səhm satışı yolu ilə təxminən 21 milyard dollar cəlb edib. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Amerikalı təyyarə istehsalçısı hər bir səhm üçün 143 dollar qiymətləndirmə ilə 112,5 milyon adi səhm satıb. Qiymət əvvəlki cümə gününün 155,01 dollarlıq bağlanış səviyyəsindən təxminən 7,7% aşağı təyin edilib. Həmçinin, "Boeing" əlavə olaraq 5 milyard dollar dəyərində depozitar səhm satışını həyata keçirib.

"Boeing"in səhmləri satışdan əvvəlki ticarət dövründə 0,5% aşağı düşüb və bu il təxminən 42% azalıb ki, bu da Dow Jones Sənaye Orta İndeksində ən pis nəticələrdən biridir.

Bu vəsaitin cəlbi "Boeing"in yeni baş direktoru Kelli Ortberq üçün maliyyə çətinlikləri fonunda ən mühüm məsələlərdən birini həll edir. Şirkətin maliyyə vəziyyəti pandemiya, həmçinin şirkətin əsas modeli olan 737 Max təyyarəsinin iki qəzası səbəbindən pisləşmişdi. Hazırda isə vəziyyəti yeddinci həftəyə daxil olan və təyyarə istehsalını dayandıran tətil çətinləşdirir.

"Boeing" bu vəsaitlərə investisiya reytinqini qorumaq və tətil başa çatdıqdan sonra istehsalın artırılmasını maliyyələşdirmək üçün ehtiyac duyurdu. Gözlənilir ki, dördüncü rübdə şirkət təxminən 4 milyard dollar nağd pul xərcləyəcək, ümumilikdə bu il üçün təxminən 14 milyard dollar xərclənəcək. Şirkət istehsal xəttlərinin, o cümlədən 737 Max yığma xətlərinin bərpası ilə nağd pul xərclərinin gələn ilin birinci yarısında da davam edəcəyini gözləyir.

Xatırladaq ki, 64% işçisi "Boeing"in son təklifinə qarşı çıxıb, ona görə də təklif qəbul edilməyib.

23 oktyabrda "Boeing" işçiləri dörd il ərzində əmək haqqının 35% artırılmasını nəzərdə tutan yeni müqavilə təklifinə səs veriblər, bu isə beş həftəlik tətilin sonunu gətirə bilər.

"Boeing" ümumi işçi sayının 10%-ni azaltmaq qərarını elan edib.

© Qaynarinfo

Избранный
19
14
valyuta.az

10Источники