RU

ABŞ Konqresinin üzvləri Bayednə təzyiq edir – Polşaya bu icazənin verilməsini tələb edirlər

ABŞ Konqresinin Helsinki Komissiyasının bəzi üzvlərinin Ukrayna hava məkanından keçən Rusiya raketlərini Polşanın vurması üçün Prezident Co Baydenə təzyiq göstərdiyi iddia edilir.

ABŞ-nin “The Hill” nəşri yazır ki, Helsinki Komissiyasının sədri, respublikaçı Co Vilson və yüksək səviyyəli demokrat Stiv Kohen Baydenə məktub yazaraq, Polşaya Ukrayna üzərindən keçən, lakin Vrşavanın hava məkanı üçün təhdid hesab olunan raketləri vura bilməsi üçün icazə tələb ediblər.

Xatırladaq ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski sentyabr ayında “Financial Times” qəzetinə verdiyi müsahibədə demişdi ki, Rusiya raketləri onların hava məkanına girməzdən əvvəl dayandırılmalıdır.

NATO-nun etirazına baxmayaraq, hava məkanının qorunmasının hər şeydən daha vacib olduğunu qeyd edən Sikorski bildirmişdi ki, “NATO-ya üzvlük öz hava məkanımızı qorumaq məsuliyyətini ortadan qaldırmır”.

“AzPolitika.info”

Избранный
51
azpolitika.info

1Источники