RU

Fransa öz vətəndaşlarını süni intellektlə izləməyə hazırlaşır

 

Fransa öz vətəndaşlarının internet hərəkətlərini süni intellektlə izləməyə hazırlaşır. Missiya.Az xəbər verir ki,  Fransa Dövlət İnformasiya Xidməti fransızların internetdəki fəaliyyətlərinin monitorinqini sürətləndirmək üçün yeni investisiya qərarı verib.Bildirilir ki, bu təşəbbüsün məqsədi vətəndaşların ictimai fəaliyyəti necə qəbul etdiyini müşahidə etməkdir.Lakin fransızların fikrincə, bu yaxınlarda özünün ilk süni intellekt və rəqəmsallaşma naziri təyin edən Paris administrasiyasının məqsədi başqadır.Məlumata görə, ilk olaraq “X”,” Instagram”, “Facebook” kimi platformalarda istifadəçi hərəkətləri izləniləcək.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Избранный
36
2
missiya.az

3Источники