RU

Ötən ay dəm qazından neçə nəfər zəhərlənib? - AÇIQLAMA

Bakı. Trend:

Oktyabr ayı ərzində Kliniki Tibbi MərkəzinToksikologiya şöbəsinə dəm qazı zəhərlənməsi ilə 2 nəfər daxilolub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzinmətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

"Onlara zəruri tibbi yardım göstərilib. Dəm qazızəhərlənməsi ilə müraciət edənlərin arasında ölüm halı qeydəalınmayıb",- o əlavə edib.

Qeyd edək ki, sentyabr ayı ərzində Kliniki TibbiMərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 101 nəfər qəbuledilib.

Şöbəyə qəbul edilən xəstələrdən 40 nəfər dərmandan, 38nəfər sirkə turşusundan, 9 nəfər ilan sancmasından, 4-ü fosfor üzvibirləşmələrdən, 2-si spirtli içkidən, 1 nəfər göbələkdən zəhərlənənşəxslərdir.

Həmçinin 6 nəfər allergik reaksiya, 1 nəfər isəanaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən3-ü (2 nəfər kişi cinsli, 1 nəfər qadın cinsli) dünyasınıdəyişib.

Избранный
68
24
az.trend.az

10Источники