RU

İsraillilər ölkələrini tərk edirlər - Köçdükləri ölkə diqqəti cəlb etdi

2023-cü il oktyabrın 7-dən etibarən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlardan sonra Almaniya vətəndaşlığı üçün müraciət edən israillilərin sayında artım olduğu bildirilib.

News24.az xəbər verir ki,  Almaniya Daxili İşlər Nazirliyinin Almaniya üçün Alternativ (AfD) partiyasının parlament qrupuna verdiyi açıqlamaya görə, 2024-cü ilin 9 ayında İsraildən Almaniya vətəndaşlığı üçün 18 min 448 müraciət daxil olub.

Açıqlamada 2023-cü ildə İsraildən 9 min 178, 2022-ci ildə isə ümumilikdə 5 min 705 nəfərin Almaniya vətəndaşlığı üçün müraciət etdiyi bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, İsraildən kənarda yaşayan və vətəndaşlıq üçün müraciət edən israillilər bu statistikaya daxil deyil.

2021-ci ildən nasist rejimi tərəfindən zülmə məruz qalanlar və onların nəsilləri başqa heç bir şərt olmadan Almaniya vətəndaşı ola bilərlər.


Aynurə


Избранный
68
2
news24.az

3Источники