RU

"Apple" şirkətinin gəliri rekord həddə çatdı

"Apple" rekord gəlir əldə etdiyini və "iPhone" satışlarının artdığını bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə "The Verge"nəşri məlumat yayıb.


Dördüncü rübün maliyyə hesabatında qeyd olunub ki, gəlir əvvəlki illə müqayisədə 6 faiz artaraq 94,9 milyard dollara çatıb. Eyni zamanda, vergilərlə bağlı uzun müddət davam edən mübahisə bitdikdən sonra şirkət İrlandiyaya 10,2 milyard dollar ödəməli olub.

"iPhone" satışları 2023-cü ilin dördüncü rübündəki 43,8 milyard dollardan 46,22 milyard dollara çatıb. Media jurnalistləri qeyd ediblər ki, şirkət hələ də "Apple Intelligence" süni intellekt (AI) alətlərini bütün istifadəçilər üçün istifadəyə verməsə də, "Apple"ın smartfon satışları artıb.

Rübdə "iPad"in gəliri 8 faiz artaraq 6,9 milyard dollara çatıb.

Yusif,
BakuPost

Избранный
101
13
bakupost.az

10Источники