RU

"COP29-da insanların rahat daşınması üçün nəqliyyat qovşaqları yaradıldı"

COP29-un nəqliyyat konsepsiyası bu ilin fevralından hazırlanmaya başlayıb və artıq yekunlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqində deyib.

O qeyd etdi ki, qonaqların qaldığı yerlərdən tədbir ərazisinə daşınması təmin ediləcək.

"Bütün hotellərə fiziki daşınmanın həyata keçirilməsi mümkün deyildi. İnsanların rahat daşınması üçün nəqliyyat qovşaqları yaradıldı. 16 nəqliyyat qovşağının ayrılması artıq təsdiqlənib. Gün ərzində bu qovşaqlardan müntəzəm şəkildə qonaqlar əraziyə daşınacaq".

Избранный
35
50
operativmm.az

10Источники