RU

Yeni gələnlərin kölgəsində qalan “köhnə”: “Ötən il daha çox seçilirdim”

“Araz-Naxçıvan”ın cari mövsümdə uğurlu çıxışında yeni transferlərin böyük payı var.

Yayda komandaya cəlb olunmuş Felipe Santos, Benni və Ramon Maçadodan ibarət “üçlük” birlikdə 9 qola imza atıb ki, bu, Muxtar Respublika təmsilçisinin məhsuldarlıq göstəricisinin 70 faizi deməkdir.

Bu futbolçular komandaya gələndən sonra ötən mövsüm “Araz-Naxçıvan”ın əsas simaları sayılan Nunu Rodrigeslə Miço Kuzmanoviç sanki kölgəyə çəkilib.

Təkcə bir faktı qeyd etmək yerinə düşər. Vaxtilə Bosniya və Hersoqovinanın U-21 millisinin şərəfini qorumuş Kuzmanoviç 2023/24 mövsümündə meydana çıxdığı 10 oyunda (8-i əsas heyətdə olmaqla) cəmi 1 qola imza atıb.

Halbuki keçən “futbol ili”ndə şans qazandığı 35 görüşdə aktivinə 3 qol və 6 assist yazdırmışdı.

Bosniyalı vinger Sportinfo.az-a açıqlamasında üzdə olmamasının səbəbini bu cür izah edib:

“Şəxsi həyatımda və sağlamlığımda heç bir problem yoxdur. Həminki Miçoyam.

Fərq ondadır ki, bu il daha çox komanda oyunu sərgiləyirik. Ötən mövsüm oyun ayrı-ayrı fərdlərin üzərində qurulurdusa, bu il fərqlidir.

Bilirəm, Azərbaycana yeni gəldiyim dönəmdəki qədər effektli deyiləm.Ola bilsin, 1 il əvvəl daha çox seçilirdim.

Ancaq indi komandada texnikalı və sürətli futbolçuların sayı çoxdur. Ona görə də konkret adlar fərqlənmir”.

HƏBİB

Избранный
70
sportinfo.az

1Источники