RU

İlbər Ortaylı ilə görüş

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında məşhur türkiyəli tarixçi, professor İlber Ortaylı ilə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

 

Görüş zamanı Ombudsman Səbinə Əliyeva qonağı salamlayaraq, görüşün keçirilməsindən məmnunluğunu ifadə edib. Müvəkkil professor İlber Ortaylının tarix elminə verdiyi dəyərli töhfələri və beynəlxalq nüfuzunu yüksək qiymətləndirərək, əsərlərinin türk xalqları, o cümlədən azərbaycanlı oxucular tərəfindən sevildiyini bildirib, ona fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

 

Ombudsman İkinci Qarabağ müharibəsi zamanı əldə edilmiş Zəfər nəticəsində torpaqlarımızın işğaldan azad olunmasından söz açıb. O, bu günlərdə Zəfər Gününün qeyd ediləcəyini bildirərək, həmin Qələbə ilə Azərbaycanın yeni tarix yazdığını, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini diqqətə çatdırıb.

 

Müvəkkil İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə həyata keçirilmiş faktaraşdırıcı missiyalardan danışıb, həmin missiyaların nəticələrinə əsaslanan, habelə Azərbaycan torpaqlarının otuzillik işğalı dövründə Ermənistan tərəfindən törədilmiş insan hüquqları pozuntularına, nifrət cinayətlərinə dair hesabatların hazırlandığını və beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsman və milli insan hüquqları institutlarına göndərildiyi bildirib.

 

Professor İlbər Ortaylı öz növbəsində səmimi görüşə görə Ombudsman Səbinə Əliyevaya minnətdarlığını bildirib. İki qardaş ölkə arasında mövcud olan tarixi əlaqələrdən bəhs edən professor Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbənin mühüm önəm kəsb etdiyini bildirib.

 

Görüş zamanı İlber Ortaylı Ombudsman Səbinə Əliyeva tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Избранный
55
19
modern.az

10Источники