Tarix Əliyev (Tolik) tamaşaçının reytinq qurbanı olduğunu bildirib.
"Cebheinfo.az" olay-a istinadla xəbər verir ki, bu barədə o, aparıcısı olduğu “Tarixin bir günü” verilişində danışıb:
“11 milyon azərbaycan xalqı bu gün “Marsa” şirkətinin yaratdığı və 900 evdə quraşdırılan cihazın (televiziya kanallarının reytinqini ölçən – red.) qurbanı olub. Hər dəfə sual verirəm, siz kimsiniz? Sizi niyə tanımırıq? Bu kanalda çalışan bu qədər işçi, ətrafım var və birinində evində bu cihazdan yoxdur. O cihazlar yalnız bayağı ifaçılara baxır və reytinqdə o qədər yüksək verir ki, bu gün bütün dünyadan Azərbaycana gələn sponsorlar düşünürlər ki, yalnız o bayağı verilişlərdə olan o bayağı ifaçılar Azərbaycan mədəniyyətini idarə edir”.
"Cebheinfo.az"