RU

Boliviyada hərbçilər girov götürüldü

Boliviya Prezidenti Luis Arce silahlı mütəşəkkil dəstənin üç hərbi hissəni ələ keçirərək hərbçiləri girov götürdüyünü açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

Arce bildirib ki, Boliviyanın keçmiş prezidenti Evo Moralesə sadiq silahlı mütəşəkkil dəstə Koçabamba şəhərində üç hərbi hissəyə basqın təşkil ediblər.

Hadisəni "vətənə xəyanət" olaraq xarakterizə edən Arce:

"Evo Moralesə rəğbət bəsləyən silahlı qrupların Koçabambada üç hərbi hissəyə hücum etdiyini Boliviya xalqına və beynəlxalq ictimaiyyətə çatdırmaq istərdim. Əsgərlərin və onların ailələrinin girov götürülməsini şiddətlə qınayıram. Dünyanın istənilən yerində hərbi hissələrə hücum etmək vətənə xəyanətdir" deyib. 

Arce həmçinin şəhər boyu yolların bağlanmasını pisləyib.

Əsgərlərdən biri video paylaşaraq, təxminən 2 min Morales tərəfdarı tərəfindən girov götürüldüklərini bildirib.

Videoda prezident Arceyə müraciət edən əsgər, "Su və işığımızı kəsərək bizi girov götürdülər. Məhz problemin tezliklə həllini tələb edirik. Mühasirə nöqtələrinə müdaxilə etməyin, çünki həyatımız təhlükədə ola bilər, ailəmiz var" deyib. 

Избранный
61
cebheinfo.az

1Источники