Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda ''Mançester Yunayted''ə qarşı ev oyununda (1:1) qırmızı vərəqə alaraq tribunaya göndərilən ''Fənərbaxça''nın baş məşqçisi Joze Mourinyonun cəzası bəlli olub.
Portuqaliyalı mütəxəssisə gözlənildiyi kimi UEFA-nın Nizam-İntizam Komitəsi tərəfindən 1 oyunluq cəza verilib. Bundan başqa ''sarı-lacivərdlilər'' 58 min avro para cəzası da ödəməli olacaq.
Beləliklə, Mourinyo noyabrın 7-də 4-cü turda ''Alkmaar''la səfər oyununda komandanın başında yer almayacaq. Bu, Mourinyonun Türkiyə karyerasında cəza üzündən qaçırarağı ilk oyun olacaq. O yalnız sonrakı oyunda - noyabrın 29-da Praqada ''Slaviya'' ilə qarşılaşmada komandasının başında yer alacaq.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта