RU

İsrail-İran münaqişəsi ilə bağlı Türkiyədən xəbərdarlıq

İsrail İranın nüvə potensialını məhv etməyə çalışsa, münaqişənin başqa ölkələrə keçmə ehtimalı artacaq.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Hürriyyət" qəzetinə müsahibəsində bildirib.

"Belə bir ssenari regionu daha böyük qeyri-sabitliyə sürükləyəcək. İsrail ABŞ seçkilərindən sonra hərbi cavab tədbirləri ilə məhdudlaşmaya bilər. Netanyahu İranın nüvə imkanlarını aradan qaldırmaq üçün addımlar ata bilər. Belə getsə, münaqişənin başqa ölkələrə keçməsi ehtimalı artacaq", - deyə türkiyəli nazir qeyd edib. 

Fidanın sözlərinə görə, İsrail Fələstinin Həmas hərəkatı ilə danışıqlarda yeni şərtlər irəli sürməkdə davam edir.

“Bu, onun hərbi məqsədlərinə çatmaq üçün vaxt qazanmaq üçün danışıqlardan istifadə etdiyini göstərir. Biz əvvəldən atəşkəs rejimini qətiyyətlə dəstəklədik, lakin tərəflərə Netanyahunun vaxt qazanmaq üçün danışıqları gecikdirdiyini bildirdik”, - deyə XİN rəhbəri bildirib.

Избранный
111
50
unikal.az

10Источники