RU

Daşqınlardan zərərçəkən etirazçılar İspaniya Kralına palçıq atıb

İspaniya Kralı VI Filipp və kraliça Letisiya sel fəlakətindən zərər çəkmiş Valensiyaya səfərləri zamanı etirazçıların palçıq və digər əşyalarla hücumuna məruz qalıblar. SİA xəbər verir ki, onlar regionun ən çox zərər görən yerlərindən biri olan Paiportada yerli sakinlər tərəfindən “qatil” və “biabırçılıq” kimi şüarlarla qarşılanıblar. Kral Filipp sel nəticəsində ciddi şəkildə zərər çəkmiş digər bir yer olan Çivaya səfər etməyi planlaşdırsa da, həmin səfər təxirə salınıb. Daha sonra Kral Filipp, kral sarayının “Instagram” hesabında paylaşılan videoda etirazçıların “qəzəb” və məyusluğunu” başa düşdüyünü bildirib.

Valensiyada sel nəticəsində 200-dən çox insan həyatını itirib və bu, İspaniyanın son illərdə qarşılaşdığı ən böyük təbii fəlakətlərdən biri hesab olunur. Fövqəladə hallar işçiləri hələ də yeraltı avtodayanacaqlarda və tunellərdə sağ qalanları tapmaq və cəsədləri çıxarmaq ümidi ilə axtarışlarını davam etdirirlər. Fəlakət sonrası səlahiyyətlilərin daha öncədən xəbərdarlıq etmədikləri və dəstəyin kifayət qədər olmaması ilə bağlı yerli sakinlər arasında narazılıq yaranıb.

Избранный
82
19
sia.az

10Источники