Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Kamala Harris ölkədə keçiriləcək ümumi seçkilərdə erkən səs verib. Yeniavaz.com xəbər verir ki, bu barədə vitse-prezident Miçiqan ştatında jurnalistlərlə söhbətində bildirib. “Mən indicə poçtla göndərilən seçki bülletenimi doldurdum”, - Harris qeyd edib. Yayım Amerikanın xəbər telekanalları tərəfindən həyata keçirilib. “Mənim bülletenim artıq Kaliforniyaya gedir. Mən sistemə etibar edirəm. İnanıram ki, o, oraya çatacaq", - siyasətçi əlavə edib. Harris həmçinin, qarşıdan gələn prezident seçkilərinin gərgin keçəcəyini bildirib. Prezidentliyə namizəd amerikalıları seçkidə öz mçvqelərini ifadə etməyə çağırıb və onların səslərinin həlledici əhəmiyyət kəsb etdiyini vurğulayıb.