RU

Əliyevlə Paşinyan iclasda bir saat danışdı, sonra...

Azərbaycan və Ermənistan liderləri Kazanda keçirilən görüşdə sülhün bərqərar olması və kommunikasiyaların açılmasını müzakirə edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

O qeyd edib ki, Azərbaycan prezidenti və erməni baş nazir plenar iclasda bir saata yaxın fikir mübadiləsi edib:

“Sonra bəlkə də digərlərini narahat etməmək üçün ayrıca görüş keçirmək qərarına gəldilər. Yeni mövzunun, yeni məsələnin müzakirəyə çıxarılması üçün konkret razılığın əldə edildiyini söyləmək düzgün deyil. Danışıqların gündəliyində duran məlum məsələlərə baxılıb”.

Xatırladaq ki, Əliyevlə Paşinyanın danışıqları və görüşü BRİKS+ plenar iclası çərçivəsində baş tutub.

Избранный
18
axar.az

1Источники