RU

Tayvan üzərində müharibə Çin və ABŞ-ı ən güclü dövlət statusundan məhrum edəcək

ABŞ və Çin Tayvan üzərində müharibə etsə, hər iki ölkə ciddi itkilər verəcək.

Bu barədə RİA Novosti-yə Şandun Universitetinin professoru Jia Venşan məlumat verib.

Ekspert vurğulayıb ki, Tayvan probleminin həlli həm Pekin, həm də Vaşinqton üçün vacibdir. Çin milli birləşmə problemini həll etmək istəyir. ABŞ üçün Asiyadakı hegemonluğunu təsdiqləmək vacibdir.

O qeyd edib ki, ölkələr son on ildə silahlı münaqişəyə hazırlaşır. Eyni zamanda professorun fikrincə, müharibə başlayacağı təqdirdə Çin və ABŞ böyük itkilər verəcək.

“(Çin və ABŞ) dünyanın 1 nömrəli və 2 nömrəli ölkəsi statusunu digər ölkələrə köçürəcək” dedi Jia.

DOĞRU.AZ

Избранный
40
1
dogru.az

2Источники