RU

Krala palçıq atanlarla bağlı araşdırma başladıldı

Xəbər verdiyimiz kimi, İspaniya Kralı VI Filipp daşqınlara məruz qalmış Valensiya vilayətinə səfər edib. Səfər zamanı Payporta şəhərində yerli sakinlər kral və onu müşayiət edən dövlət rəsmilərinə palçıq və çubuqlar atıblar. 

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, İspaniya polisi sözügedən məsələ ilə bağlı araşdırmaya başladıb. 

Ölkənin “TVE” telekanalına danışan İspaniyanın daxili işlər naziri fernando Qrande-Marlaskanın sözlərinə görə, insidenti araşdırmaqla Vətəndaş qvardiyasının Məlumat Qərargahı məşğul olur: “Ümid edirik ki, yaxın bir neçə saatda və yaxud gündə araşdırmada əhəmiyyətli irəliləyişə nail olacağıq”.

Xatırladaq ki, oktyabrın 29-da leysan İspaniyanın şərq və cənubunda daşqınlara səbəb olub. Ən son məlumata görə, təbii fəlakət nəticəsində 214 nəfər həlak olub. 

Избранный
58
3
qafqazinfo.az

4Источники