RU

"Siti" Haalandı yalnız bu halda satacaq

style='margin-bottom:10px;'>

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland yaxın vaxtlarda komandaya qarşı hər hansı sanksiya tətbiq olunarsa, klubu tərk edə bilər.

QOL.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb. 

"Real" 24 yaşlı hücumçu ilə yaxından maraqlanır. Bununla belə, "şəhərlilər" Haalandı satmağa yalnız bir şərtlə hazır olacaqlar: Əgər klub maliyyə qaydalarını pozduğuna görə ciddi sanksiyalarla üzləşərsə və aşağı diviziona düşərsə.

Belə bir vəziyyətdə "Real"ın prezidenti Florentino Peres "Mançester Siti"yə 200 milyon avro təklif edəcək. Əks halda, İngiltərə klubunun Haalandla yolları ayırmaq istəməməsi səbəbindən norveçli forvardın İspaniya nəhənginə keçidi mümkünsüz qiymətləndirilir.

Qeyd edək ki, bu mövsüm Erlinq Haaland klub səviyyəsində 14 oyuna çıxıb və 14 qol vurub. "Transfermarkt" portalı onu  200 milyon avro dəyərində qiymətləndirir.

Избранный
16
2
teleqraf.com

3Источники