RU

Şimali Koreya hərbçilərin əvəzinə Rusiyadan düyü və kosmik texnologiya alacaq

Şimali Koreya Ukraynada döyüşlərdə iştirak etmək üçün Rusiyaya göndərdiyi ordunun əvəzinə düyü və kosmik texnologiya alacaq.

Herbiand.az bildirir ki, bu barədə Cənubi Koreyanın “Korea Herald” qəzeti Cənubi Koreyanın Rusiyadakı keçmiş səfirinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Cənubi Koreya kəşfiyyat komitəsindən məlumat alan Vi Son Lak bildirib ki, əvvəllər Moskva Pxenyana ildə 50 mindən 100 min tona qədər düyü verirdisə, indi tədarük 600-700 min tona qədər artırılacaq.

Şimali Koreya hakimiyyətinin məlumatına görə, Rusiya həmçinin, qabaqcıl kosmik texnologiyaya malik yeni kəşfiyyat peykini buraxmağa hazırlaşan Pxenyana kömək edir.

Lakin keçmiş səfirin fikrincə, Moskva ilə razılaşmanın ən mühüm hissəsi Koreya yarımadasında müharibə başlayacağı təqdirdə Pxenyanın Rusiyanın hərbi dəstəyini təmin etməsidir: “Şimali Koreya, indi hamının bildiyi kimi, Rusiyanın tərəfində vuruşur. Koreya yarımadasında nə vaxtsa müharibə başlasa, Şimali Koreya Rusiyanın köməyinə gələcəyinə ümid edə bilər”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
46
herbiand.az

1Источники