RU

ŞOK: Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı

Səhiyyə Nazirliyinin Qubadlıda 91 çarpayılıq xəstəxana tikintisi ilə bağlı keçirdiyi tender ləğv edilib. Tribunainfo.az xəbər verir ki, nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyəti adlı qurum Qubadlı Mərkəzi Xəstəxanasının inşasının təkcə birinci mərhələsi üçün 8 milyon manat xərcləməyi planlaşdırırmış.
Tenderin ləğvinə səbəb isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması olub. Nazirlik bununla müvafiq qanunun 36.1.1.-ci maddəsinin tələblərini pozub.
Amma Səhiyyə Nazirliyinin dünən daha bir tenderinin də nəticəsi ləğv edilib. İnnovasiya və Təhcizat Mərkəzinin keçirdiyi tenderin ləğvi isə Anti İnhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı əsasında baş tutub. Tibb müəssisələri üçün ümumi profil təyinatlı tibbi sərfiyyat mallarının satın alınmasını ehtiva edən müsabiqənin dəyəri 397.099,50 manat təşkil edibmiş. Lakin Anti İnhisar Xidməti bu rəqəmin şişirdildiyi qənaətinə gəlib.

Избранный
37
4
tribunainfo.az

5Источники