RU

Rusiyadan Moldovaya: "Ən qeyri-demokratik seçki keçirildi"

"Moldovada keçirilən prezident seçkilərinin ölkə tarixində ən qeyri-demokratik seçki olub".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Rusiyada təxminən 500 min Moldova vətəndaşının yaşadığına diqqət çəkən Zaxarova bildirib ki, Kişinyov yalnız 2 səsvermə yeri açaraq bu vətəndaşlara qarşı ayrı-seçkilik edib.

"Hazırkı prezident Maya verilən səslərin çoxu Qərb ölkələrində yaşayan vətəndaşlardan gəlib. Kişinyov administrasiyası seçki prosesi zamanı ölkədəki müxalif qüvvələrə və media qurumlarına təzyiqlər edib. Qərbin Moldovada seçki prosesinə açıq şəkildə müdaxilə etməsi fonunda, bu, Moldovanın müstəqillik illərində ən qeyri-demokratik seçki kampaniyası oldu", - deyə XİN sözçüsü qeyd edib.

Gülşən Şərif

Избранный
12
1
bakivaxti.az

2Источники