RU

Azərbaycanda məsafədən kreditləşmənin müsbət və mənfi tərəfləri açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) məsafədən kreditləşmənin üstün və çatışmaz tərəflərini açıqlayıb.

AMB-dən bildirilib ki, məsafədən kreditləşmənin üstünlüklərinə sürətli və rahat əlçatanlıq, vaxt qənaəti və kreditin rəqəmsal kanallar vasitəsilə fiziki banka getmədən əldə olunması imkanları daxildir. Bu metod müştərilərə müxtəlif kredit təkliflərini müqayisə etmək imkanı da verir.

“Bununla yanaşı, məsafədən kreditləşmənin bəzi çatışmazlıqları da mövcuddur. Əsasən müştərinin kimliyinin düzgün eyniləşdirilməməsi və məlumat təhlükəsizliyində mümkün boşluqlar risk yarada bilər. Həmçinin məsafədən kredit alma prosesində müştəriyə daha az dəstək göstərilə bilər ki, bu da məlumatın düzgün anlaşılmasını çətinləşdirə bilər.

“Bank olmayan kredit təşkilatları haqqında” qanununa edilən dəyişikliklə bağlı hazırlanmış və qüvvəyə minmiş yeni qaydalar kredit risklərinin idarə edilməsi prosesinə dair tələbləri müəyyən edir. Qaydalarda kredit risklərinin qiymətləndirilməsi və inzibatçılığı ilə bağlı minimum tələblər göstərilib, bu da bank olmayan kredit təşkilatlarında (BOKT) risklərin düzgün idarə olunmasını təmin etməyə yönəlib.

Layihədə istehlak kredit müqaviləsinin məsafədən bağlanması zamanı risklərin qarşısını almaq üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunundan və bu qanuna uyğun olaraq hazırlanmış müştəri verifikasiyası qaydalarından istifadə nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
27
4
banco.az

4Источники