"Arsenal"ın futbolçusu Deklan Rays Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "İnter"lə oyunda iştirak etməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
25 yaşlı futbolçuda ciddi zədə olmasa da, London klubu risk etmək istəmir. Onun "Çelsi"yə qarşı derbiyə qədər hazır olması gözlənilir.
Qeyd edək ki, "İnter" - "Arsenal" matçı sabah Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта