RU

Nitq pozulmaları belə olur

 

Nitq pozulmaları ilə şəhadətləndirilənlər nevropatoloq, zəruri hallarda psixiatr və otorinolarinqoloq, imkan daxilində, həm də loqoped tərəfindən dərindən müayinə edilirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar müayinənin nəticələri və hərbi hissədən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi xidmətə daxil olana qədər təhsil və ya iş yerindən alınmış və onun sağlamlıq vəziyyətini səciyyələndirən sənədlərin müfəssəl öyrənilməsi əsasında çıxarılır.

Избранный
44
heftelik.az

1Источники