“Real”, “Siti” və “Bayer” uduzdu – ÇL-də gecənin nəticələri
UEFA Çempionlar Liqasında IV tura start verilib. Yeniavaz.com xəbər verir ki, titulunu qoruyan “Real Madrid” İtaliya vitse-çempionu “Milan”ı qəbul edib və 1:3 hesabı ilə uduzub. İngiltərə çempionu “Mançester Siti” isə gözlənilməz şəkildə Portuqaliya “Sportinq”inə 4:1 hesabı ilə uduzub. “Liverpul” Almaniya çempionu “Bayer”i 4:0 hesabı ilə darmadağın edib. Slovakiya çempionu “Slovan Bratislava” Xorvatiyanın “Dinamo Zaqreb” klubunu qəbul edib və görüş 1:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Hollandiyanın “PSV Eyndhoven” klubu da öz meydanında Kataloniya "Jirona"sını 4:0 hesabı ilə məğlub edib. Çempionlar Liqasında gecənin nəticələri belə olub: "PSV Eyndhoven" - "Jirona": 4:0; Slovan Bratislava - Dinamo Zaqreb: 1:4; "Sportinq" - "Mançester Siti": 4:1; "Real Madrid" - "Milan": 1:3; "Liverpul" - "Bayer": 4:0; "Bolonya" - "Monako": 0:1; "Borussiya Dortmund" - "Şturm": 1:0; "Seltik" - "RB Leypsiq": 3:1; "Lill" - "Yuventus": 1:1.