RU

“Dünyaca məşhur markanın siması seçilmişəm”

“Çox insanlar elə düşünürlər ki, biz blogerlər durduğumuz yerdə foto çəkib, paylaşırıq. Mən izah edirəm ki, hansısa bir markanı çox istədiyim üçün onu səhifəmdə elə - belə reklam etmirəm. Bizim iş birliyimiz olur. Bunun nəticəsi olaraq bəlli bir gəlir əldə edirik. Milyonlarla izləyicisi olan xarici influenserlər bahalı avtomobil alanda yazırlar ki, halaldır, qazanır və alır. Bizdə isə dərhal yazıllar ki, bu haradandır. Necə yəni haradan? Bizim işimiz göz önündədir. Biz gecə-gündüz işləyirik. Demirəm ki, biz daş qaldırırıq və işimiz çox əziyyətlidir. Milyonlarla əziyyət çəkən insanlar var ki, bizim işimiz onların yanında çox asandı. Amma bizim işimizin ən çətin tərəfi hər cür insanlara “madur” qalmaqdır. Yəni həmin insanlar sosial şəbəkə adımızı yazıb bizə ürəyi istəyən sözü yaza bilir. Bizim işimizində bədəli də budur. Amma bu bizim öz seçimimizdir”.

OLAY yazır ki, bu sözləri influenser Aynişan Quliyeva qonaq olduğu “YouTube” da yayımlan vizajist Sura Huseinə videomüsahibəsində deyib.

Aynişan bloger həyatının çətinliklərindən söz açıb:

“Heç zaman şikayət etməmişəm ki, mənə niyə belə şeylər yazıllar. Mən hansısa bir marka üçün video çəkib paylaşanda demirəm ki, mən bu qədər əziyyət çəkirəm. Bu minnəti başa düşə bilmirəm. Mən özüm üçün işləyib, özüm üçün də pul qazanıram. Mən izləyiciyə pis çıxmasın niyə minnət qoymalıyam ki, mən əziyyət çəkirəm”.

Quliyeva bildirib ki, blogerlik fəaliyyətinə görə 2016-cı ildən rəsmi şəkildə dövlətə vergi ödəyir:

“Mənim çox gözəl iş birliklərim var. Hamısını da qanun çərçivəsində, rəsmi sənədlərlə edirəm. Vergisini də ödəyirəm. Keçən səfər yazıblar ki, Aynişan yalan danışır, blogerlərə vergi tətbiq edilmir. Burada yalan bir şey yoxdur. Biz 2016-ci ildən hamımız dövlətə vergi veririk. Bu isə çox yaxşıdır ki, bizim işimiz ciddiləşib və peşəkarlaşıb. Buna isə çox sevinirəm”.

Aynişan dünyaca məşhur bir markanın siması seçildiyini açıqlayıb:

“Mən dünyaca məşhur bir markanın siması seçilmişəm. İllər əvvəl həmin bu marka türk influenseri Fransada defileyə çıxartmışdı. Məndə o zaman özümə dedim ki, məndə istəyirəm bu marka ilə çalışım. Amma təbii ki, heçnə yox idi. O marka mənimlə Rusiyadan əlaqə saxladı və mənimlə işləmək istədiklərini yazdılar. O marka Azərbaycandan iş birliyini ilk mənimlə qurdular. Bu il evdə, dəhlizdə gəzirdim və birdən beynimdən keçdi ki, mən bu markanın simasıyam. 10 dəqiqə keçdikdən sonra mənə mesaj gəldi ki, sizinlə işləmək istəyirik. Məndə bütün həyatım hər zaman belə olub. Qoç bürclərin enerjisi kosmosdan olur”.

Qeyd edək ki, Aynişan Quliyeva Əməkdar artist Aybəniz Haşımovanın qızıdır.

Избранный
41
2
olay.az

2Источники