RU

Ersin Tatardan Türk dövlətlərinə çağırış: Dövlətimizi tanıyıb, TDT-yə üzv qəbul edin"

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türk Dövlətlərini ŞKTC-ni tanımağa, Türk Dövlətləri Təşkilatına üzv qəbul etməyə çağırıb.

Sitat.info xəbər verir ki, TDT Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxış edən Ersin Tatar deyib ki,

Şimali Kipr Türk Cümhuriyyətinin üzvlüyü ilə Türk dünyasının Aralıq dənizi ilə əlaqələri daha da güclənəcək. Ersin Tatar ŞKTC-nin dəniz və hava limanlarının Türk dövlətlərinin ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını vurğulayıb: “ŞKTC Aralıq dənizində strateji bir mövqeyə malikdir və biz imkanlarımızı qardaş dövlətlərə təqdim etməyə hazırıq. ŞKTC-nin tanınmasında Türk dövlətlərinin dəstəyi böyük önəm daşıyacaq”.

Ersin Tatar ŞKTC-də təhsilin inkişafına da diqqət çəkib və bu sahədə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Избранный
35
5
sitat.info

6Источники