RU

Əli Əsədovdan “Naftalan” kurortu ilə bağlı qərar

Nazirlər Kabineti “Naftalan” Kurortu haqqında Əsasnamə”ni təsdiq edib.

 

Senzor.az bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Əsasnaməya görə, “Naftalan” Kurortu müalicəvi Naftalan neftinə malik olan, müalicə-sağlamlıq müəssisələri, qurğuları və turizm infrastrukturu obyektləri yerləşən xüsusi mühafizə olunan təbiət ərazisidir. Kurortun ərazisində Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılan Naftalan nefti ilə müalicə, profilaktika, diaqnostika və digər tibbi xidmətlər (tibbi turizm) və müalicə-sağlamlaşdırma yerlərindən istifadə etməklə müalicə-sağlamlaşdırma xidmətləri göstərilir.

 

Kurortun ərazisində aşağıdakı zonalar yerləşir: təbii müalicə ehtiyatları, onların istifadə olunması üçün qurğu və tikililər, sanatoriya-kurort müəssisələri, həmçinin istirahət və müalicə xidmətləri göstərən məişət, əyləncə, iaşə və ticarət obyektləri yerləşən kurort zonası (bu zonadakı 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir); Kurort ərazisində daim yaşayan əhali üçün nəzərdə tutulmuş yaşayış evləri, ictimai binalar və digər qurğu və tikililər yerləşən zona; mərkəzləşdirilmiş təsərrüfat və texniki xidmətlərin yerləşdiyi zona.

 

Kurortun təşkilini və ləğvini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Səhiyyə Nazirliyinin (SN), Dövlət Turizm Agentliyinin, habelə Naftalan Şəhər İcra Hakimiyyətinin rəy və təklifləri nəzərə alınmaqla Nazirlər Kabineti həyata keçirir.

 

Kurortun öyrənilməsi, istifadəsi, inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsini SN, mühafizəsi sahəsində isə ETSN həyata keçirir.

 

SN sanatoriya-kurort müəssisələrində müalicə-profilaktika işinin təşkilinə nəzarət edir, elmi-metodik və konsultativ yardım göstərir.

Избранный
34
32
senzor.az

10Источники