RU

Azərbaycanda əsgər intihar etdi

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Yolçu oğlu Hüseynovun özünü öldürməsi barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bakuinfo.net-in əldə etdiyi məlumata görə, Ağdam Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Избранный
3
16
bakuinfo.net

10Источники