RU

"Real" fransalı futbolçunu 1 aylığa itirib

"Real"ın yarımmüdafiəçi Orelyen Tçumani ən azı 1 ay yaşıl sahələrdən uzaq qalacaq.

İdman.biz xəbər verir ki, fransalı futbolçu "Milan"la görüşdə zədələnib.

Çempionlar Liqasının 4-cü turunda keçirilən qarşılaşmada Tçumani fasilədə zədələnib. Bu gün keçirilən müayinədən sonra onun uzun müddət forma geyinə bilməyəcəyi bəlli olub.

Qeyd edək ki, 24 yaşlı orta xətt oyunçusu bu mövsümdə 15 matçda forma geyinib.

İdman.biz

Избранный
13
1
idman.biz

2Источники