RU

Almaniya yeni növ hərbi xidmətin tətbiqinə başlayır

Almaniya 6 aydan 23 aya qədər müddətə isteye bağlı yeni hərbi xidmət tətbiq edəcək...

Almaniya hakimiyyəti ölkədə hərbi xidmətin yeni növünün tətbiqi üçün qanunvericiliyə dəyişiklikləri təsdiqləyib.

Poliqon xəbər verir ki, bu barədə hökumət sözçüsü Steffen Hebestreit jurnalistlərə bildirib.

“Mövcud təhlükə vəziyyətinə əsasən, Bundesver personalının dözümlülüyü güclü və kifayət qədər təchiz edilmiş ehtiyatla təmin edilməlidir”, deyə Steffen Hebestreit qeyd edib.

Dəyişikliklərə görə Almaniyada 6 aydan 23 aya qədər müddətə fakultativ yeni hərbi xidmətin tətbiqi nəzərdə tutulur.

Hebestreit qeyd edib ki, ortamüddətli perspektivdə mövcud ehtiyatda olanların sayı artırılacaq.

“Bu, silahlı qüvvələrin döyüş hazırlığının davamlı yüksəlişini təmin edəcək”, deyə hökumət nümayəndəsi vurğulayıb.

Steffen Hebestreitin sözlərinə görə, səfərbərliklə bağlı hərbi uçot və nəzarəti bərpa etmək və müasirləşdirmək lazımdır. Belə ki, hərbi xidmətə çağırış çərçivəsində on səkkiz yaşlı kişilər arasında onların buna hazırlığı və qabiliyyəti, təhsili və digər səriştələri barədə məcburi sorğu keçirilir.

Eyni zamanda qadınlar könüllü olaraq onlayn sorğuda iştirak edə və xidmətə qoşulmaq istəklərini bildirə bilərlər.

Poliqon.info

Избранный
52
poliqon.info

1Источники