RU

Evdən qaçan 15 yaşlı qızı hotelə apardılar: “Attestat üçün şəkil çəkdirməli idim”

Ağstafa rayonunda 1991-ci il təvəllüdlü İlkin yetkinlik yaşına çatmayan Lalə (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.

Medianews.az teleqraf.com-a istinadla xəbər verir ki, Gəncə şəhər sakini İlkin Göygöl rayonunda yaşayan yetkinlik yaşına çatmamış tanışı Laləni Ağstafa şəhərində kafelərdən birinə aparıb və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən İlkinin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, onun Lalə ilə əlaqəsi olmayıb, aralarında heç nə baş verməyib: “Laləni ilk dəfə Ağstafada restoranda tanışım Nəsimi adlı şəxsin vasitəsilə tanımışam. Ağstafa şəhərinə gəzmək məqsədi ilə getmişdim. Burada Elmar, Aqil və Valeh adlı tanışlarımla görüşmüşəm. Bir neçə gün hoteldə qaldım. Mən Ağstafa şəhərinə gəldikdən bir gün sonra Nəsimi də oraya gəldi. Daha sonra Lalə Nəsiminin yanına gəldi. Ağstafada restoranda olarkən mənim Nəsimi ilə sözüm çəpləşdi. Aramızda mübahisə baş verdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Lalə və Nəsimi birlikdə əyləşdikləri stoldan duraraq gediblər: “Səhərisi Gəncə şəhərinə getmək üçün taksi sifariş verdim. Nəsimiyə zəng edərək onların da gedib-getməyəcəyini soruşdum. Nəsimi razılıq verdikdən sonra Ağstafa şəhərində yerləşən “Dərya” marketin yaxınlığından maşına əyləşərək getdik. Tovuz şəhərində hoteldə Nəsimi və Laləni düşürdük. Təxminən gecə saat 3 radələrində mən Nəsimiyə zəng etdim. Telefonu Lalə açaraq Nəsiminin hamamda çimdiyini bildirdi. Nəsimiyə zəng etməkdə məqsədim həmin günün sabahı Qazax rayonuna qayıdacağım, onların da gedib-getməyəcəyini bilmək idi. Nəsimi zəng edərək onları da götürməyimi istədi. Mən də taksi ilə Gəncədən gələrkən Nəsimi və Laləni də götürüb Ağstafa şəhərinə qayıtdıq”.

İlkinin ifadəsinə görə, aprelin 22-də hoteldə qalıb: “Saat 21:00-dan 00:30-dək olan müddət ərzində Qazax şəhərində yerləşən “Damcılı” restoranında dostum Elmarla birlikdə olmuşam. Lalə ilə hoteldə gecə qalmamışam. Qeyd olunan gecəni Lalə Nəsimi ilə bir yerdə hoteldə qalıblar. Mən Lalə ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Lalənin sözlərinə görə, Göygöl şəhərində yaşayır: “Hadisədən əvvəl 9-cu sinfin attestatına şəkil çəkdirməli olduğum üçün evdən çıxdım. Tural adlı tanışıma zəng edərək evdən çıxdığımı, mənə qalmağa yer lazım olduğunu bildirdim. Tural mənə mərkəzi poçtun qabağına gəlməyi tapşırdı, 15 dəqiqəyə orada olacağını dedi. Tural mənimlə görüşdükdə xalası oğlu İlkini mənimlə tanış edəcəyini, Ağstafa şəhərinə onun yanına gedəcəyimizi bildirdi. Mən də razılaşdım”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra Tural onu aprelin 22-də taksi ilə Ağstafa şəhərinə yola salıb: “Ağstafa şəhərində, qırmızı rəngli yanacaqdoldurma məntəqəsinin yaxınlığında İlkin Gürcüstan nömrəli avtomobillə məni qarşıladı. Məni kafeyə apardı. Orada əvvəlcə İlkinlə məndən başqa heç kəs olmayıb. Daha sonra Nəsimi adlı bir şəxs gəldi, biz birlikdə yemək yedik. Arada oradan çıxıb geri qayıtdıq. Kafedə olarkən mən İlkinə dedim ki, Tural sizin mənə iş tapacağınızı söyləmişdi. İlkin mənə iş tapacaqlarını dedi, ev tapılana kimi bir gün hoteldə qalmağı təklif etdi. Kərim adlı polis əməkdaşı İlkinlə məni avtomobilində hotelə apardı. İlkin məndən otaqda tək qalıb-qalmamağımı soruşdu. Mən tək qalacağımı bildirdim. İlkin mənə bu ərazidə narkomanların və oğruların çox olduğunu dedi, onunla birlikdə qalmalı olacağımı söylədi. Mən də onunla razılaşdım”.

Lalənin ifadəsinə görə, həmin gün saat 21 radələrində İlkinlə öz razılığı əsasında bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olublar: “İlkin mənə cinsi əlaqədə olmağımız barədə heç kimə danışmamağı tapşırdı. Gecəni birlikdə orada qaldıq. Növbəti gün mən Nəsimiyə İlkinlə cinsi əlaqədə olduğumu dedim. İlkinlə barışmamışam, ondan şikayətçiyəm”.

İş üzrə hotelin sahibi də ifadə verib. O, ifadəsində göstərib ki, aprelin 22-də dostları ilə balıq tutmağa gedib və dostuna onun yerinə kafedə durmasını xahiş edib: “Saat 21-22 radələrində kafeyə qayıtdıqda dostum mənə bir polis əməkdaşının gəldiyini, qonaqlarının bir gün qalmaları üçün otaq verilməsini xahiş etdiyini bildirdi. Mən də razılaşıb həmin şəxslərə istirahət otağını verdim. Bir neçə gün sonra polis əməkdaşları tanımadığım bir qızla kafemə gəldi. Qıza məni tanıyıb-tanımaması, görüb-görməməsi barədə sual verdilər. Qız məni tanımadığını bildirdi. Sonra məni Ağstafa Rayon Polis Şöbəsinə dəvət etdilər. Polis şöbəsində olarkən mən baş vermiş hadisə barədə eşitdim”.

Bu cinayət işinə Ağstafa Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlkin 1 il 1 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Избранный
28
4
medianews.az

4Источники