RU

AL: "Qalatasaray" "Tottenhem"ə qarşı, "Fənərbağça"nın Niderland sınağı - YENİLƏNİR

UEFA Avropa Liqasının Liqa mərhələsində startı dünən baş tutan IV turu çərçivəsində bu gün daha 17 görüş keçiriləcək.

Fanat.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə Norveçin "Budyo Qlimt" klubu ilə qarşılaşacaq.

Türkiyə təmsilçilərindən "Qalatasaray" "Qarabağ"ın rəqiblərindən olan "Tottenhem"i sınağa çəkəcək. "Fənərbağça" isə "Alkmaar"ın qonağı olacaq.

Qeyd edək ki, IV turun açılış oyununda "Beşiktaş" dünən "Malmö" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsində V tura noyabrın 28-də start veriləcək.

UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur
7 noyabr

21:45. "Budyo Qlimt" (Norveç) – "Qarabağ" (Azərbaycan)
21:45. "Ayntraxt" (Frankfurt, Almaniya) – "Slaviya" (Çexiya)
21:45. "Elfsborq" (İsveç) – "Braqa" (Portuqaliya)
21:45. "Styaua" (Rumıniya) – "Midtyullann" (Danimarka)
21:45. "Qalatasaray" (Türkiyə) – "Tottenhem" (İngiltərə)
21:45. "Ludoqorets" (Bolqarıstan) – "Atletik" (İspaniya)
21:45. "Nitsa" (Fransa) – "Tvente" (Niderland)
21:45. "Olimpiakos" (Yunanıstan) – "Reyncers" (Şotlandiya)
21:45. "Yunion" (Belçika) – "Roma" (İtaliya)
00:00. "Ayaks" (Niderland) – "Makkabi" (Təl–Əviv, İsrail)
00:00. "Alkmaar" (Niderland) – "Fənərbağça" (Türkiyə)
00:00. "Dinamo" (Kiyev, Ukrayna) – "Ferentsvaroş" (Macarıstan)
00:00. "Hoffenhaym" (Almaniya) – "Olimpik Lion" (Fransa)
00:00. "Latsio" (İtaliya) – "Portu" (Portuqaliya)
00:00. "Mançester Yunayted" (İngiltərə) – PAOK (Yunanıstan)
00:00. "Viktoriya" (Plzen, Çexiya) – "Real Soseydad" (İspaniya)
00:00. RFŞ (Latviya) – "Anderlext" (Belçika)

Избранный
5
27
fanat.az

10Источники