RU

"Qələbəmizi qəbul etməyən qüvvələr bizi sarsıtmayacaq" - Əli Məsimli

Azərbaycan öz tarixinin ən şərəfli dövrlərini yaşayır. Xalqların tarixində xüsusi anlar olur. 4 il bundan əvvəl biz elə tarixi an yazdıq".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli bugünkü iclasda söyləyib.

"Həmin gün Azərbaycan öz suverenliyini bərpa etdi. Azərbaycan ordusu bu tarixi qələbəsi ilə həm torpaqlarımızı azad etdi, həm də 2 əsrlik problemi həll etdi. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi, o cümlədən ordumuz burda əsas rolu oynayır. Nə qədər qələbəmizi qəbul etməyən qüvvələr olsa da, bu, bizi sarsıtmayacaq", - deyə Əli Məsimlii vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Избранный
16
2
redaktor.az

3Источники