ABŞ Ədliyyə Nazirliyi Trampa qarşı cinayət işlərinə son qoymaq istəyir – NBC
ABŞ Ədliyyə Nazirliyi Donald Tramp vəzifəyə başlamazdan əvvəl ona qarşı iki federal cinayət işinin necə dayandırılacağını müzakirə edir. Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “NBC News” telekanalı məlumat yayıb. Məlumata görə, buna səbəb nazirliyin mövcud qaydalarının vəzifədə olan prezidentin mühakimə olunmasını qadağan etməsidir. ABŞ-də həmçinin prezidentin cinayət təqibinin olması konstitusiyaya ziddir. Müzakirələr Ədliyyə Nazirliyinin mövqeyinin yaxın tarixə qədər seçkiyə müdaxilə işində aktiv rol oynayan xüsusi prokuror Cek Smitin seçkiqabağı hərəkətləri ilə müqayisədə dəyişdiyini göstərir.