RU

Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran lider- ÖZƏL

"Prezident İlham Əliyev hər zaman işğal altındakı torpaqlarımızın azadlığını dövlət siyasətinin mütləq prioriteti kimi göstərmişdir. Onun rəhbərliyi ilə aparılan hərtərəfli hazırlıq prosesi, ordu quruculuğuna ayrılan diqqət, Azərbaycanın hərbi gücünün artırılması bu qələbənin təməlini qoymuşdur. Ermənistanla illərlə davam edən danışıqlar nəticəsiz qaldıqda, Azərbaycan xalqı sülh arzusuna sadiq qalsa da, müharibənin qaçılmaz olduğunu anladı və dövlətimiz haqlı mövqeyini qorumaq üçün döyüş meydanına atıldı". "Olaylar" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev deyib: "Azərbaycan Ordusunun "Dəmir Yumruq" əməliyyatı nəticəsində 44 gün ərzində işğal altındakı torpaqlarımız addım-addım azad edildi. Şuşanın işğaldan qurtulması isə bu müharibənin taleyini həll etdi və Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. Bu dövrdə xalq-ordu birliyi öz zirvəsində idi; Azərbaycan xalqı orduya dəstək göstərərək, müharibənin hər anında dövlətin və ordunun yanında olduğunu bəyan etdi. Prezident İlham Əliyevin hər bir müsahibəsi və çıxışı Azərbaycanın haqq mübarizəsini beynəlxalq aləmə çatdırmaq üçün əvəzsiz rol oynadı. Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran liderimiz, beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı verdiyi bəyanatların gerçəkləşməsində xüsusi əhəmiyyətli addımlar atdı. Azərbaycan dövləti, hərbi gücü ilə yanaşı, diplomatiyada da böyük nailiyyətlər qazandı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
olaylar.az

1Источники