RU

Qoturluq: Nədən yoluxur, müalicəsi necə aparılır?

Xəbər verdiyimiz kimi, bugünlərdə 3 saylı Uşaq Evində qotur xəstəliyi yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatda 8 uşağın Dəri Zöhrəvi Xəstəxanasında müalicə aldığı bildirilir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub:

"Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər".

Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, qurumun balansındakı müəssisələrdə uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyəti səhiyyə qurumları ilə əməkdaşlıq edilir.

Bəs qoturluq xəstəliyinə necə yoluxulur? Yoluxan şəxs nələrə əməl etməlidir?

Qeyd edək ki, qoturluq ən çox rast gəlinən dəri xəstəliklərindən biridir. Qotur dərinin parazitar xəstəliyidir. Qaşınmalı qotur mikroskopik gənələr tərəfindən törədilir. Bu ümumi dəri probleminə bütün dünyada rastgəlinir və bütün canlılara aiddir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən dermatoloq Tünzalə Feyziyeva bildirib ki, qoturluq əsasən gövdənin yan səthlərində, əllər, ayaqların bükücü səthlərində, qarın, barmaqarası nahiyə, əl barmaqlarının yan səthi zədələnir və qaşınma halı baş verir.

"Xəstələr daha çox gecə artan qaşınmadan şikayətlənirlər. Kontakt yolu ilə insandan insana keçə bilər. Xəstəliyə yoluxmuş insanla uzun müddət əlaqədə olanlar (bir evdə yaşayan, ailənin bütün üzvləri) hər biri müalicə almalıdır".

Tünzalə Feyziyeva, dermatoloq

T.Feyziyeva bildirib ki, qoturluq olan müəssisədə, evdə bütün paltarların, yataq dəstlərinin, mebellerin və başqa əşyaların vaxtlı vaxtında dezinfeksiya olunması vacibdir. Qaynadıla bilən paltarlar qaynadılıb ütülənməlidir, qaynadılmıyanlar isə açıq havada ən az 1-5 gün saxlanılmalıdır.

"Şəxsi gigiyena qaydalarina əməl etmək lazımdır, əgər yoluxmanın hər hansısa bir əlaməti bilinirsə, mütləq həkim tərəfindən müayinə edilib müalicə alınmalıdır".

Nuriyyə Musayeva

Избранный
59
bakivaxti.az

1Источники