RU

İtaliyada mafiyaya qarşı əməliyyat keçirildi - 60 nəfər həbs edildi

İtaliyada polisin “Ndrangheta” mafiyasına qarşı keçirdiyi reyd nəticəsində 60-a yaxın adam həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, həbslər İtaliyanın cənubundakı Kalabriya bölgəsində baş verib.

Polisin məlumatına görə, 50 nəfər həbs edilib, 9 nəfər isə ev dustaqlığına buraxılıb.

Müstəntiqlər narkotik ticarəti də daxil olmaqla, "Ndrangheta" ilə əlaqəli müxtəlif növ cinayət fəaliyyətlərini aşkar ediblər. Jurnalistlər İtaliyanın “Ndrangheta”sının ölkənin ən güclü mafioz təşkilatı olduğunu, fəaliyyətini bütün Avropa və bütün dünyaya yaydığını vurğulayıblar.

Gülayə Mecid 

Избранный
91
50
unikal.az

10Источники