RU

"Xalqin mədəni sərvəti" layihəsində Bülbül Vokal Məktəbinin konserti baş tutub - FOTOlar

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin ikinci günü baş tutub.

Layihənin ikinci günü Bülbül ənənələrini davam etdirən Bülbül Vokal Məktəbinin tələbələri konsert proqramı ilə çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Xanəndə qızın mahnısı, "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası, Asyanın nəğməsi, Süleyman Ələsgərovun "Vətənimdir", "Gözlə məni", Asəf Zeynallının "Ölkəm", "Sual" romansları, V.A.Motsartın "Fiqaronun toyu" operasından Suzannanın ariyası, Müslüm Maqomayevin "Nərgiz" operasından Nərgizin ariyası, Azərbaycan xalq mahnıları "Bağçada güllər", "Səndən mənə yar olmaz", italyan əsərləri səsləndirilib. 

Konsert proqramında Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu iştirak edərək öz səmimi arzularını iştirakçılara çatdırıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
6
5
milli.az

6Источники