RU

Deputatın oğlu ilə 1,1 milyonluq sövdələşmə – Adı çirkli pulların yuyulmasında hallanan Orxan Cavanşir tenderdə qalib elan edildi

İnnovasiya və Təchizat Mərkəzi deputat Cavanşir Feyziyevin oğlu Orxan Cavanşirlə maliyyə dəyəri 1 176 000 manat olan satınalma müqaviləsi bağlayıb.
Müqavilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, 142 D ünvanında yerləşən ümumi sahəsi 12,552.30 m2 olan ofis və anbar kompleksinin icarəyə götürülməsi xidmətinin satın alınması ilə bağlıdır.
İcarə müddəti haqqında heç bir qeyd yoxdur.
2015-ci ildən parlamentdə təmsil olunan Cavanşir Feyziyev oliqarx deputat kimi tanınır.
Azərbaycan qanunverciliyi deputatların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan etsə də, media zaman-zaman Cavanşir Feyziyevin biznes imperiyası haqqında yazılar dərc edib.
Ölkənin tibb sektorunda aparıcı şirkətlərdən biri hesab edilən "Avromed Company” QSC-nin Cavanşir Feyziyevə məxsus olması barədə media dəfərlər yazıb.
Bu iddialara cavab olaraq şirkətin yaydığı açıqlamada Cavanşir Feyziyevin 2010-cu ilə qədər "Avromed Company” QSC-nin direktoru vəzifəsində çalışdığı bildirilir.
ngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü "Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.
Bundan sonra şirkətin yaydığı açıqlamada bildirilib ki, deputat 2016-cı ildə səhmlərini satıb.
Şirkətin açıqlamalarındakı ziddiyyət "Avromed”in hələ də Cavanşir Feyziyevə məxsus olduğunan dair şübhələri artırıb.
Deputatın oğlu Orxan Cavanşirə gəlincə, onun adı "çirkli pullar”ın yuyulmasında hallanıb. 2021-ci ildə Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi Feyziyevlərin bank hesablarına yatırılan 15 milyon funt sterlinqin "çirkli pul” olduğunu açıqlayıb.
 
 
 
 

Избранный
36
50
7news.az

10Источники